“Aylardır pulsuz-parasız Türkiyədə qalmağa məhkum olmuş tələbənin bu qədər vəsaiti haradandır? Hökuməti məsələyə aydınlıq gətirməyə çağırıram”-FAZİL MUSTAFA

AZAL-ın İstanbul üzrə uçuşlarının bərpa olunması sevindirici oldu. Aylardır çətin durumda qalan vətəndaşlarımız üçün bir ümid yarandı. Ancaq sevindirici olmayan budur ki, tələbələr üçün 30% güzəşt nəzərdə tutulub. Fikrimcə hökumət ehtiyat fondlarında tələbələrin ödənişsiz gətirilməsi üçün vəsait ayırmalıdır. Əgər bir biletin on-line qiyməti 375 manatdan yuxarıdırsa, bunun 30%-i 200 manatdan yuxarı olur. Aylardır pulsuz-parasız Türkiyədə qalmağa məhkum olmuş tələbənin bu qədər vəsaiti haradandır?

Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədrinin müavini Fazil Mustafa deyib.

Qeyd edib ki, on-on beş tələbənin valideynlərinin bu vəsaiti ödəmək imkanı ola bilər, ancaq yüzlərlə tələbəyə bunu şamil etmək yanlışdır.

“Bu barədə dərhal qərar verilməlidir, tələbənin hələ ayrı-ayrı şəhərlərdən İstanbula gəlməsi, testdən keçməsi də az məsrəf etmir. Bu yükü ayrı yerdən gəliri olmayan tələbənin üzərinə qoymaq olmaz. Bununla bağlı onlarla valideyndən müraciət almışam, araşdırıb görürsən ki, özləri güc-bəla ilə dolanan bu insanların övladını Türkiyədən gətirməyə maddi imkanları yoxdur. Hökuməti bu məsələyə aydınlıq gətirməyə çağırıram”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Biznes-ledi, AQSİA sədri Türkiyədə nüfuzlu mükafatlara-LAYİQ GÖRÜLDÜ – FOTOLAR

Read Next

“Bu, artıq ikinci tanışımdır ki, koronaya uduzur…COVİD-19 yaş, status, kimlik tanımır…”-MİLLƏT VƏKİLİNDƏN NÖVBƏTİ ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir