Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ötən il Azərbaycan əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 45395,1 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildiriblər ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4709,8 manat və ya ayda 392,5 manat təşkil edərək 7,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 76,3 faizi son istehlak xərclərinə, 8,4 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,4 faizi isə yığıma yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlər 41560,1 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 8,8 faiz çox olub.
Etikxeber.az