Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dək-UZADILDI – RƏSMİ

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Qərargahdan Etikxeber.az-a verilən xəbərə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb. 

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb. 

Etikxeber.az

Read Previous

Mustafa Şəntop Sahibə Qafarovaya-ZƏNG ETDİ

Read Next

Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadəyə dair tələblər-MÜƏYYƏNLƏŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir