Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir – ELDƏNİZ SƏLİMOV

“Əlverişli coğrafi mövqeyə malik Azərbaycan tranzit-logistika imkanlarından daha səmərli istifadə etmək üçün nəqliyyat sektoruna ciddi önəm verir”.

Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov mətbuata açıqlamasında deyib.

E.Səlimov bildirib ki, bu sahədə müasir infrastruktur yaradılmasına böyük həcmlərdə sərmayələr yönəldilir.

Millət vəkilinin sözlərinə görə, 2017-ci ildə nəqliyyat sektorunda ölkəmizin fəal iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun açılması mühüm tarixi hadisəyə çevrildi.

O, deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətli layihədir.

E. Səlimovun dediyinə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artacaq, ölkəmiz yeni nəqliyyat arteriyası vasitəsi ilə uzaq Çindən Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul etmək və onlara yük göndərmək imkanı əldə edəcək.

eldeniz salimovvv

“Tranzit məkan kimi ölkəmizin mövqeyini gücləndirən həm də o cəhətdir ki, buradan Şərq-Qərb marşrutuna paralel Şimal-Cənub dəhlizi keçir. Ölkəmizin ərazisindən keçən bu dəhliz Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan Şərq-Qərb marşrutunda olduğu kimi, Şimal-Cənub dəhlizinin yaradılmasında da üzərinə düşən bütün işləri yüksək səviyyədə yerinə yetirir. Hazırda dəhlizin ayrı-ayrı hissələrinin tikintisi cədvəl üzrə davam etdirilir.

Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Bu və ya digər layihələr tranzit ölkə kimi Azərbaycanın mövqeyini gücləndirir. Ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi, yaradılan yüksək səviyyəli infrastruktur respublikamızın beynəlxalq daşımalar üçün cəlbediciliyini getdikcə daha da artırır. Bütün bunlar göstərir ki,  Azərbaycan məqsədyönlü siyasət sayəsində Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir”-deyə, deputat mətbuata açıqlamasında sonra vurğulayıb.

Etikxeber.az

Read Previous

“Ümumi mənzərədən görünür ki…” – MSK SƏDRİ

Read Next

Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir – RAMİL USUBOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir