Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur-MİLLƏT VƏKİLİ YAZIR

Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi dövlətimiz bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir.

Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. 

Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir.

Avropa İttifaqı Azərbaycana regionun lider dövləti kimi yanaşır və respublikamızda həyata keçirilən iqtisadi-siyasi və hüquqi islahatları yüksək qiymətləndirir.

Cənubi Qafqaz və Orta Asiya regionunun iqtisadi yüksəlişi bilavasitə Azərbaycanla bağlı olduğundan təşkilata üzv dövlətlər ölkənin geosiyasi əhəmiyyətini və rolunu düzgün dəyərləndirib, fəal əməkdaşlıq çərçivəsindədirlər.  

Azərbaycan prezidenti İlham Əliyevin və  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı  bir daha təsdiq etdi ki, Azərbaycanla Avropa İttifaqının əlaqələri Avropa Qonşuluq Siyasəti çərçivəsində uğurla inkişaf edir və bu əməkdaşlıq torpaqlarımızın işğaldan azad olunması ilə yeni mərhələyə daxil olub.

Prezident İlham Əliyev  Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivləri, regiondakı vəziyyət, enerji sahəsində əməkdaşlıq, Ermənistanın regionda sülh və sabitliyə mane olması  ətrafında geniş fikir mübadiləsi aparıblar. 

Ölkəmizin Avropa İttifaqı ilə əlaqələri çox möhkəmdir, onların yaxşı gələcəyi var və ikitərəfli maraqlara əsaslanır.

Azərbaycanın AB ilə ticarət dövriyyəsi, iqtisadi əlaqələri, AB-nin ölkəmizə yatırımları digər Cənubi Qafqaz ölkələrinin ticarət dövriyyəsi və yatırımlarından dəfələrlə çoxdur.

Məsələn, 2020-ci ildə Azərbaycanla AB-nin ticarət dövriyyəsi 9 milyard 340 milyon dollar olub, Ermənistanla isə cəmi 1 milyard dollardan bir az çoxdur.

Yəni, biz Azərbaycan olaraq AB üçün daha maraqlı, daha cəlbedici ölkəyik, AB ilə münasibətləri tənzimləyən yeni, daha detallı müqavilə mütləq bu il ərzində imzalana bilər.

Yeni anlaşmadan sonra AB ilə vizasız gediş-gəliş yeni yatırımlar qədər yeni fürsətlər yaradacaq.

Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr yeni mərhələdə uğurla inkişaf edəcək.

Müşfiq CƏFƏROV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür”-MÜDAFİƏ NAZİRİNDƏN XƏBƏRDARLIQ

Read Next

SOCAR-ın dörd vitse-prezidenti vəzifədən-AZAD OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir