“Azərbaycan Bayrağı” ordenli, 5 medallı-DEVRAN NAİBOVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: BU GÜN 28 YAŞI TAMAM OLDU – MƏZARI ZİYARƏT EDİLDİ, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün Bərdənin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən və Şəhidlərindən olan “Azərbaycan Bayrağı” ordenli Devran Naibovin (Nayıbovun) doğum gündür.

Onun 28 yaşı tamam olur və bu, Devran Naibovun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Devran Naibov 1993-cü ilin noyabrın 30-da Bərdədə dünyaya gəlib.

Ailədə 3 qardaş, 1 bacı olublar.

Peşəkar hərbçi-Kiçik gizir Devran həm də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Dastan yazan İgidlərindən, Qəhrəmanlarından olub.

Devran həm Aprel, həm də İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub.

İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə olub və Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib.

Oktyabrın 8-də Şəhid olan İgidimiz Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən 5 medal və bir ordenlə təltif edilib.

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün Şəhidin ailəsinin yaşadığı evdə mərasim keçiriləcək.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları və bir neçə Şəhid anası iştirak edəcək.

Şəhidin ruhuna dualar ediləcək, adına ehsan süfrəsi açılacaq.

Mövludu, Cənnətdəki ikinci ad günü mübarək, məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

00:00

***

Bu gün səhər saatlarında, 11:00 radələrində Şəhidin məzarı ziyatət oliunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən olan Şəhid ailələri, millət vəkili Fatma Yıldırımın köməkçisi və digər şəxslər iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib.

Şəhidin ailəsinə bir daha başsağlığı verilib, onlara bir daha Allahdan səbr arzulanıb, “Şəhidimizin mövludu mübarək, məkanı cənnətlik olsun!”-deyilib…

Bir saat çəkən ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb.

Mərasimdə bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub.

12:30

***

FOTOLAR:

NUR ÜZLÜ DEVRANIMIZ…

DEVRANIMIZIN ANASI…QƏHRƏMAN ANA…XURAMAN ANA…

ŞƏHİDİMİZİN YAXINLARI, QOHUMLARI, DOSTLARI, BƏRDƏLİ ŞƏHİD AİLƏLƏRİ…

VƏ CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM…

QAZİMİZ, İGİDİMİZ, VƏTƏN SEVDALIMIZ…GÜNDÜZ MUSAYEV…

ŞƏHİD ANALARI…ARZU ANA, İSBƏT ANA, MEHPARƏ ANA…XURAMAN ANA…

12:37

***

DƏRD VƏ QÜRUR ORTAQLARI…

ŞƏHİD ATALARI…QƏHRƏMAN ATALAR…

13:20

***

14:00

***

QÜRURUMUZ, FƏXRİMİZ, QARŞILARINDA BAŞ ƏYİLƏNLƏRİMİZ…

14:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Gənc siyasi şərhçinin-AŞQABAD SAMMİTİNƏ BAXIŞI

Read Next

Helikopter qəzasında həlak Şəhid statusu veriləcək-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir