“Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RƏŞAD QULİYEVƏ HƏSR OLUNMUŞ “CANAVARIN ARZUSU” FİLMİNİN TƏQDİMAT OLDU… – FOTOLAR – YENİLƏNİB – (1)

 

Bu gün-27 aprel tarixində, səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda yerləşən A.S.Xəlilov adına 263 saylı tam orta məktəbdə İkinci Vətən Müharibəsi Şəhidi, polkovnik-leytenant Rəşad Quliyevə həsr olunmuş “Canavarın arzusu” adlı filmin təqdimatı keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, əslən Qubalı olan Rəşad Rəşid oğlu Quliyev 1983-cü ilin sentyabr ayının 23-də Bakı şəhərində, ziyalı ailəsində dünyaya gəlib.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

6 yaşında olarkən 36 yaşlı cavan atasını itirib.

Anası-anaları Mətanət xanım həmin vaxtdan, 1989-cu ildən Rəşada və iki bacısına həm analıq, həm də atalıq edib.

Rəşad həm aldığı tərbiyə nəticəsində, həm də atasının vəsiyyəti ilə hərbçi olub.

Ali təhsilli və peşəkar hərbçi kimi Aprel döyüşlərində iştirak edib.

İkinci Vətən Müharibəsinin ilk günündən də ən qaynar, ən ağır nöqtələrdə olub.

Axırıncı dəfə anası ilə oktyabrın 5-də, səhər ssatlarında danışıb və deyib ki, “Ana, özünüzdən muğayat olun…”

Və oktyabrın 6-da Cəbrayıl istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi isə bir gün sonra, oktyabrın 7-də İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra bir neçə medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Rəşad Quliyev həm də ailəli olub, orta məktəbdə oxuyan iki qız övladı-Dərya və İnci ailəsinə, Vətənə əmanət qalıb.

***

Təqdimatda öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib.

Çıxışlarda Rəşad Quliyevin keçdiyi şərəfli həyat, hərb və döyüş yolundan danışılıb.

Çıxışlar zamanı Rəşad Quliyevin İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlıqlarından bəhs olunub.

Həmçinin, Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar, musiqilər, şeirlər ifa edilib, səsləndirilib.

Eyni zamanda, adıçəkilən məktəbin şagirdləri tərəfindən Rəşad Quliyevə həsr olunmuş kompozisiya və səhnəcik nümayiş etdirilib.

Daha sonra filmin təqdimatı olub.

Təqdimat zamanı kövrək, duyğulu, təsirli anlar yaşanıb, təqdimat iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Şəhidin ailəsi, anası Mətanət Quliyeva da öz növbəsində filmin çəkilişinə və təqdimatına görə zəhməti keçən hər kəsə, o cümlədən tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.

Övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirib.

Rəşad Quliyevə həsr olunmuş filmin təqdimatı ilə bağlı tədbir iki saata yaxın davam edib.

Təqdimat-tədbirdə Şəhidin ailə üzvləri, yaxınları, Şəhid anaları, Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar, adıçəkilən məktəbin müəllim və şagirdləri, sənətçilər (bəstəkar Ruslan Səfəroğlu, müğənni Gülay Zeynallı), QHT təmsilçiləri, Müfadiə Nazirliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

13:30

***

FOTOLAR:

17:10

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə Baş nazirin cəfəng iddiası qəbuledilməzdir”-XİN-DƏN PAŞİNYANA CAVAB

Read Next

Sabunçu Gənclər Evində Ağdamlı Şəhid qardaşlar-Aslanov qardaşlarına həsr olunmuş-TƏDBİR DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir