“Azərbaycan Bayrağı” ordenli Xudayar Yusifzadənin 25 yaşının tamamında, Cənnətdəki üçüncü doğum günündə-MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Əslən Ağdamlı və Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xudayar Müslüm oğlu Yusifzadənin doğum gündür.

Xudayar Yusifzadənin bu gün 25 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, əslən Ağdamlı olan Xudayar Yusifzadə 1998-ci ilin iyul ayının 15-də Bərdədə, sadə bir ailədə dünyaya gəlib.

Ailənin dörd övladından, üç qardaşdan biri olub.

Atasını körpəykən itirib, dünyaya gəlməsindən 24 gün sonra atası vəfat edib.

Anaları Radə Qurbanova (həm də nənələri Tovuz xanım) onlara həm analıq, həm də atalıq edib.

Orta məktəbi bitirdikdən sonra Əsgərliyə, həqiqi hərbi xidmətə gedib.

Həqiqi xidmətini başa vurduqdan bir müddət sonra həyatını yenidən hərb ilə bağlayıb.

 Və Dövlət Sərhəd Xidmətinin (DXS) Kiçik giziri kimi İkinci Vətən Müharibəsində iştirak edib.

2020-ci ilin oktyabrın 21-dən 22-ə keçən gecə isə Zəngilan rayonunun Ağbənd qəsəbəsi istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 23-də Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni və medallarla təltif olunub.

O, həm də subay olub.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Xudayar Yusifzadənin Bərdə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Ziyarət zamanı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar oxunub.

Məzarı başında çıxışlar olunub, şeirlər səsləndirilib.

Cənnətdəki üçüncü doğum günü təbrik olunub, ailəsinə bir daha Allahdan səbr arzulanıb.

Məzarını ziyarətdən sonra Bərdənin Güloğlular kəndində-ailəsinin yaşadığı evdə mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bir daha ruhuna dualar edilib.

Məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən, Goranboydan və Tərtərdən olan Şəhid ailələri, Şəhid ailələri, Qaziləri, hərbçilər, din xadimləri, Bərdə rayon İcra Hakimiyyətinin məsul nümayəndələri və başqa şəxslər iştirak ediblər.

Məqamı Uca, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:05

***

FOTOLAR:

13:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yağış yağacaq, külək əsəcək-SABAH

Read Next

Daha 1 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir