Azərbaycan-Çin münasibətlərinə “Bir kəmər, bir yol”dan – BAXIŞ

Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika potensialından istifadə edilməsi səmərəli olmaqla yanaşı, ölkələrimiz arasında əməkdaşlığa önəmli töhfə verəcək.

Etikxeber.az xəbər verir ki, bunu professor, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O, xatıarladıb ki, 2013-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən “Bir kəmər, bir yol” layihəsi irəli sürüldü ki, bu da tarixi İpək yolunu yenidən canlandırmağa, həmçinin bu yolun keçdiyi ölkələr ilə əməkdaşlıq sahələrini artırmağa xidmət edir.

Onun sözlərinə görə, “Bir kəmər, bir yol” təşəbbüsü Avrasiyanın inkişafında yeni mərhələnin başlanğıcı da hesab edilir.

Çünki ekspertlərin fikrincə, iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu layihənin reallaşması qədim İpək yolu üzərində yeni dəyərlərin formalaşmasına dəstək verəcək, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaldacaq, beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verəcək.

“Bir kəmər, bir yol” layihəsi həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə edəcək. Hazırda “Bir kəmər, bir yol” təşəbbüsü təxminən 150 ölkə tərəfindən dəstəklənir.

Bu layihəyə bir neçə istiqamət daxildir ki, onlardan biri Çindən başlayıb Mərkəzi Asiya Respublikalarından, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Cənubi Avropaya uzanır. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Çində böyük maraqla qarşılanıb və təqdir olunur. Azərbaycan dövləti də Çinin “Bir kəmər, bir yol” layihəsinə böyük maraq göstərir.

Bu ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, ölkəmizin Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bildirib. Aprel ayında Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna isə Cənubi Qafqazdan yalnız Prezident İlham Əliyev dəvət almışdı.

hadi-çin

Forumdakı çıxışı zamanı cənab Si Cinpinə dəvətə görə təşəkkür edən, həmçinin Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bəyan etdi: “Azərbaycan lap əvvəldən Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.

Bütövlükdə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır. Belə ki, Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika potensialından istifadə edilməsi səmərəli olmaqla yanaşı, ölkələrimiz arasında əməkdaşlığa önəmli töhfə verəcək…”-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Qarabağ məsələsində Çinin dəyişməz mövqeyi olduqca vacibdir” – OQTAY ƏSƏDOV – FOTO

Read Next

GUAM xarici işlər nazirlərinin 34-cü iclası – BMT-DƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir