Azərbaycan güləşçilərinin “İslamiada”da ilk qızıl medalını Orxan Nuriyev qazandı

Azərbaycan millisi “Bakı-2017”nin güləş yarışlarında ilk qızıl medalını qazanıb.

Etikxeber.az xəbər verir ki, turnirdə 98 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Orxan Nuriyev qızıl medal uğrunda görüşdə qırğızıstanlı Uzur Juzupbekov ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Orxan Nuriyev rəqibini 5:0 hesabı ilə məğlub edərək “Bakı-2017”nin çempionu olub.

Azərbaycan çempionatı və kuboku yarışlarında mükafatçılar sırasında yer alan güləşçimiz cari ildə Macarıstanda təşkil olunan U-23 Avropa birinciliyinin qalibi olub. O, həmçinin İranda keçirilən dünya kuboku yarışlarında çempion adını qazanıb.

Etikxeber.az

Read Previous

“Medal sayına görə digər ölkələrdən üstün olaraq öz gücümüzü göstərəcəyik” – DEPUTAT

Read Next

İslamiada: Azərbaycanın və Türkiyənin qadın voleybolçuları finala vəsiqə qazandı- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir