Azərbaycan Gürcüstan iqtisadiyyatına 282 milyon dollar sərmayə yatırıb – AÇIQLAMA

Azərbaycan hər il Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmini artırır. Cari ilin birinci yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 282 milyon 500 min dollar sərmayə yatırıb.

Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan xarici işlər nazirinin müavini Qiqi Qiqiadze deyib.

Nazir müavini bildirib ki, 2015-ci ildə Azərbaycan Gürcüstana 550 milyon dollar sərməyə yatırıb ki, bu da 2014-cü illə müqayisədə 61 faiz çoxdur.

Onun sözlərinə görə, SOCAR Azərbaycanın Gürcüstandakı ən böyük investorudur. Şirkətin Gürcüstan ərazisində 114 yanacaqdoldurma stansiyası və dünya bazarına neft və neft məhsullarını ixrac edən Kulevi limanında neft terminalı var.

Etikxeber.az

Read Previous

Məmmədyarovla Salber nədən danışdı?

Read Next

Prezident Berdiməhəmmədovu təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir