Azərbaycan heç zaman öz torpaqlarını heç kimə güzəştə getməyəcək – BƏXTİYAR ƏLİYEV

Burada öz mövqelərini bildirmədilər,amma  ayrı-ayrı yerlərdən səsləri gəlir- MİLLƏT VƏKİLİ

Vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən Dağlıq Qarabağla bağlı mövqe düzgün müəyyən edilib və bu gün də həmin siyasət həyata keçirilir.

Etikxeber.az məlumat verir ki, bunu  deputat Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, vaxtilə parlamentdə ümummilli lider bütün Azərbaycan xalqına, bütün siyasi qüvvələrə müraciət etdi ki, parlamentdə Dağlıq Qarabağla bağlı təklif olunan 3 layihə var, onları müzakirə edirik:

“Bəziləri gəlmədilər, burada öz mövqelərini bildirmədilər, bu gün isə onların ayrı-ayrı yerlərdən səsləri gəlir”

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev vaxtilə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəndə bu siyasəti çox açıq, aydın, israrla davam etdirirdi:

“2005-ci ildə yürüdülən siyasət nəticəsində Avropa Şurasında çox ciddi qətnamə qəbul edildi, qeyd olundu ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal edilib, bu gün Dağlıq Qarabağ bir qrup separatçının əlindədir, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım həyata keçirilib. Budur Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət. Amma gəlin görək, başqaları ortaya nə qoyacaqlar? Heç olmasa, bir parça kağız gətirsinlər ki, hansısa bir qeyri-hökumət təşkilatı ilə beynəlxalq aləmdə müzakirə ediblər, Azərbaycan xalqının haqq səsini orada ifadə ediblər və dəstək alıblar”.

B.Əliyev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir:

“Ərazilərimizin azad edilməsi istiqamətində aparılan işlər də sübut edir ki, Azərbaycan heç zaman öz torpaqlarını heç kimə güzəştə getməyəcək. Azərbaycan öz torpaqlarını sülh yolu ilə azad etmək istəyir, ancaq bu alınmasa, əlbəttə ki, torpaqlarımız hərb yolu ilə azad ediləcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Parlament dəfnlə bağlı bir sıra yeni qaydaları təsdiq etdi

Read Next

Eldar Mahmudovlar, “Quska”lar hələ çox olacaq – ELŞƏN MUSAYEVDƏN SƏRT SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir