“Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk…”-İLHAM ƏLİYEV

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlza təbrik məktubu ünvanlayıb.

Etikxeber.az  xəbər verir ki, məktubda deyilir:

“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq münasibətləri, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim firavanlıq diləyirəm”.

Etikxeber.az

Read Previous

Raziyə Kamilqızının İkinci Vətən Müharibəsi Şəhidi Kənan Süleymanlıya həsr etdiyi-“QARABAĞDAN GƏLƏN SORAQ” KİTABININ TƏQDİMATI OLDU… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Tatarıstan və Azərbaycan xalqları əsrlərboyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir