“Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır”-ƏLİYEV ƏRDOĞANA MƏKTUB GÖNDƏRDİ

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının milli bayramı – 29 Oktyabr Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır. 2021-ci ildə Sizinlə birgə imzaladığımız Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə çataraq keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etmişdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Etikxeber.az

Read Previous

Tək və subay oğullar-Səməndər İsmayılzadə, Əbülhəsən Eyvazov, yeznəsi də Şəhid olan Fuad Məhərrəmov, tək və subay övladlar-Məhəmməd Əşrəfov, doqquz yaşından bibisinin himayəsində böyüyən Pərviz Rüstəmov-SABAH ANIM GÜNLƏRİDİR, ƏBƏDİYYƏTƏ UĞURLANMALARINDAN ALTI İL ÖTÜR – FOTOLAR

Read Next

Diqqətsizlik, yoxsa oyun manipulyasiyası?-MÖVQE

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir