Keçmiş sovetlər birliyinin süqutu, Azərbaycanın hərbi təcavüzə məruz qalması ilə müstəqilliyimizin ilk illərində böyük iqtisadi tənəzzül yaşandı. Ümumi Daxili Məhsulun (QDM) 60 faizi itirildi. Eyni zamanda, Azərbaycan keçmiş SSRİ məkanında ən gec iqtisadi islahatlara başlamış ölkə oldu.
Etikxeber.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) tədbirində Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, iqtisadi islahatlara gec start verilsə də, amma Azərbaycan qısa zaman kəsiyində islahatlar sahəsində ən böyük uğurlar əldə etmiş, ÜDM-in həcmini 3 dəfə artırmağa nail olmuş bir ölkəyə çevrildi:
“Bu gün Azərbaycan regionun və dünyanın islahatlar sahəsində ən çox uğur əldə etmiş ölkələrindən biridir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az