“Azərbaycan işğalçı Ermənistana diplomatiya müstəvisində böyük zərbələr vurmaqdadır və…”-MİLLƏT VƏKİLİ

Azərbaycan işğalçı Ermənistana diplomatiya müstəvisində böyük zərbələr vurmaqda, bu ölkənin siyasi iflasını uğurla həyata keçirməkdədir. Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubu kimi motəbər bir forumun tribunasından “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatı, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlara əsaslanan nitqi, Münxen debatı zamanı səsləndirdiyi tutarlı cavabları hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Eyni zamanda, dövlət başçımızın əzəli torpağımız Dağlıq Qarabağla bağlı Ermənistan hakimiyyəti tərəfindən səsləndirilən sərsəm iddialara sərt və tutarlı cavabları dünya içtimaiyyətində Ermənistanın işğalçı siyasəti haqqında aydın fikir yaradıb.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, Ermənistan növbəti belə diplomatik zərbəni iyunun 18-də Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans formatında keçirilən sammitində aldı. Videokonfransda Ermənistanın işğalçılıq siyasəti növbəti dəfə ifşa edildi.

Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin sədrliyi, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellin iştirakı ilə videokonfrans formatında keçirilən Sammitdə Prezident İlham Əliyev tərəfindən Dağlıq Qarabağla bağlı tarixi həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdırıldı:

“Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”. Azərbaycan Prezidentinin Qarabağla bağlı qətiyyətli mövqeyi Nikol Paşinyana, bütünlükdə erməni ictimaiyyətinə, həmçinin bu işğalçıların havadarlarına olduqca layiqli bir cavab oldu.

Videokonfransda terrora dövlət səviyyəsində dəstək verən Paşinyan yenə də sərsəm ritorikaları və diplomatiya tarixinə ləkə gətirən qeyri-ciddi çıxışı ilə diqqəti cəlb etdi. Erməni terroru ilə bağlı daha bir ifşaedici faktın Prezidentimiz İlham Əliyev tərəfindən yenidən diqqət mərkəzinə gətirilməsi Paşinyanın yalan üzərində qurulmuş çıxışını dəqiq faktlara və arqumentə əsaslanan məntiqli fikirləri ilə alt-üst etdi. Əvvəlku beynəlxalq toplantılarda olduğu kimi, növbəti dəfə də Azərbaycan Prezidenti işğalçı rejimin rəhbərinin yalanı ifşa etdi. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammiti diplomatiya müstəvisində Ermənistanın baş nazirinin sərsəm iddialarının əsassız olduğunun daha bir nümayişi oldu”.

Etikxeber.az

Read Previous

Abşeronda bu vəzifəli şəxslər-HƏBS EDİLDİ – RƏSMİ

Read Next

“Bəlkə təmtəraqla deyil, az adamın iştirakı ilə toylar keçirilə bilər…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ BELƏ HESAB EDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir