Azərbaycan jurnalistlərinin VII qurultayının proqramı açıqlandı

Təşkilat Komitəsi qurultaya İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılmasını təklif edir

Azərbaycan jurnalistlərinin VII qurultayı martın 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.

Mətbuat Şurasından Etikxeber.az-a verilən məlumata görə, qurultay nümayəndələri həmin gün saat 09.00-dan başlayaraq qeydiyyatdan keçməlidir.

Ali məclis saat 10.00-da öz işinə başlayacaq.

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. Qurultayda həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq.

Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

Etikxeber.az

Read Previous

SİZİNLƏ YEDİYİMİZ BİR ALMAYA GÖRƏ… Deputatın 8 Mart yazı-təbriki

Read Next

“Türkiyəyə ağıl qoymaq, dərs vermək cəhdləri yolverilməzdir” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir