Azərbaycan – Kamerun – 0:0 – “İSLAMİADA-2017”

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilib.

Etikxeber.az-ın məlumatına görə, rəsmi açılış mərasimi mayın 12-də olacaq Oyunlarda U-23 millimiz ilk görüşünü Kamerunlu həmyaşıdlarına qarşı keçirib.

Günə yığmamızın yer aldığı qrupun digər görüşü ilə start verilib. Səudiyyə Ərəbistanı komandası Mərakeşə məğlub olub – 0:1.

18:30-da isə millimiz Kamerun sınağına çıxıb. Görüş qolsuz bərabərliklə başa çatıb. Yaşar Vahabzadənin yetirmələri bir neçə epizodda qola yaxın olsalar da, qeyri-dəqiqlik milli üzvlərinin sevinməsinə imkan verməyib. Rəqibin də fərqlənmək üçün şansları olub. Bu vəziyyətlərdə isə qapıçı Şahruddin Məhəmmədəliyev etibarlı oynayıb.

Bu gün həmçinin, B qrupunda da ilk turun qarşılaşmaları baş tutub. Əvvəlcə Əlcəzairlə Türkiyəyə qalib gəlib – 2:1. Daha sonra isə Fələstin – Oman xalları bölüblər – 2:2.

İslam Həmrəylik Oyunları

Futbol

A qrupu

Azərbaycan – Kamerun – 0:0

“Bayıl Arena”

Səudiyyə Ərəbistanı – Mərakeş – 0:1

Qol: Çuaib Əl-Maftul, 76

“AZAL Arena”

Turnir cədvəli

 

N Komanda O Q H M T/F X
1 Mərakeş 1 1 0 0 1:0 3
2 Kamerun 1 0 1 0 0:0 1
3 Azərbaycan 1 0 1 0 0:0 1
4 Səudiyyə Ərəbistanı 1 0 0 1 0:1 0

 

B qrupu

Əlcəzair – Türkiyə – 2:1

Qollar: Fared Əl-Məlali, 78; Ahmed Qaqaa, 90+4 (pen.) – Onur Eriş, 38

“Bayıl Arena”

Fələstin – Oman – 2:2

Qollar: Odal Əl-Dabbaq, 5, 54 – Marvan Taib Mübarək, 48, 86

“AZAL Arena”

 

N Komanda O Q H M T/F X
1 Əlcəzair 1 1 0 0 2:1 3
2 Fələstin 1 0 1 0 2:2 1
3 Oman 1 0 1 0 2:2 1
4 Türkiyə 1 0 0 1 1:2 0

Etikxeber.az

Read Previous

“Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır, amma…” – QƏNİRƏ PAŞAYEVA – FOTOLAR

Read Next

Paralimpiyaçılarımız dünya kubokunda iki qızıl, bir bürünc medal qazandı- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir