“Azərbaycan hökuməti uşaq hüquqlarının qorunması ilə bağlı üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirir və bu məsələ ölkə qanunvericiliyində daim diqqətdədir”.
Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova “Uşaqlar üçün qanunvericilik: Milli Məclis UNICEF əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə deyib.
B. Muradova qeyd edib ki, Azərbaycan müstəqil olduğu 25 il ərzində uşaq hüquqlarının qorunması üçün koordinasiya olunmuş fəaliyyətə üstünlük verib:
“Azərbaycanın bu sahə üzrə bir çox beynəlxalq konvensiyalara qoşulub. Bu gün Azərbaycan həmin konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirir. Azərbaycanın UNICEF-lə əməkdaşlığı ötən illərdə getdikcə daha da inkişaf edib”.
Etikxeber.az