Azərbaycan-Mərakeş hökumətlərarası müştərək komissiyasının ilk iclası keçiriləcək

Bu il Bakıda Azərbaycan ilə Mərakeş arasında hökumətlərarası müştərək komissiyanın ilk iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş məlumat verib.

Səfir qeyd edib ki, bu il Azərbaycan-Mərakeş münasibətlərinin yaranmasının 25 illiyi qeyd olunacaq. İyirmi beş il əvvəl ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan yüksək səviyyəli əlaqələrin əsası qoyulub və ötən müddətdə münasibətlərimiz inkişaf edib. Əlaqələrimizin 25 illiyi münasibətilə mədəni, iqtisadi sahələri əhatə edən bir sıra tədbirlər keçiriləcək.

Diplomat deyib ki, Mərakeş iş adamlarının azərbaycanlı həmkarları ilə görüşünün təşkili planlaşdırılır. Eləcə də Azərbaycanla Mərakeş arasında turizmin, ənənəvi sənayenin təşviqi, həmçinin mədəniyyətin təbliği ilə bağlı konfransların, mədəniyyət həftələrinin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Statistika Komitəsinin iddiası: Azərbaycanda traktor və avtomobil istehsalı artıb

Read Next

“AŞPA Ermənistana buna son vermək üçün təzyiq göstərməlidir” – PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir