Azərbaycan- Niderland: 1-1 – FOTO – YENİLƏNİB (1)

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxırlar

Görüşün ikinci setində təşəbbüsü ələ alan Niderland təmsilçiləri 25:19 hesabı ilə üstün olublar. Beləliklə, matçda hesab bərabərləşib – 1:1.

18:30

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə inamlı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qələbə qazanıblar.

18:01

Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü başlayıb.

Etikxeber.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxırlar.

Yarımfinal mərhələsinin digər matçı saat 20:30-da start götürəcək. Türkiyə yığması güclü Serbiya kollektivi ilə finala vəsiqə uğrunda yarışacaq.

Etikxeber.az

Read Previous

“Hazırda ölkəmizin mənzərəsi tamam dəyişib…” – DEPUTAT

Read Next

Gəncə polisi “İmamzadə” kompleksində yaranan insidentlə bağlı məlumat yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir