Azərbaycan–Norveç oyununa bilet satışı davam edir

2018-ci ildə Rusiya keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Azərbaycan–Norveç oyununa bilet satışı davam edir.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, biletləri “28 Mall” Ticarət Mərkəzi, “Bakcell” Müştəri Xidmətləri Mərkəzi (metronun Sahil stansiyasının yaxınlığı), Bakı Olimpiya Stadionu və “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Qarşılaşmanın biletlərinin qiyməti 2-ci kateqoriya üzrə 1, 1-ci kateqoriya üzrə 2, VİP yerlər üzrə 10 manatdır.

Matç Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.

Etikxeber.az

Read Previous

“Iraqi Airways” bayramlarda səfər edən sərnişinlərə endirimlər edəcək

Read Next

Qeyri-qanuni miqrantların repatriasiyası ofisi yaradılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir