Azərbaycan növbəti dəfə Fransaya nota verdi-SƏFİR XİN-Ə ÇAĞIRILDI…

4 dekabr 2020-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in Mətbuat xidməti idarəsindən Etikxeber.az-a verilən məlumata görə, görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.

Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

Qeyd edək ki, Senatın ötən həftə “Dağlıq Qarabağın tanınmasının zəruriliyinə dair” adlı qətnamə qəbul etməsi ilə bağlı da Azərbaycan Fransaya etiraz notası vermişdi. 

Etikxeber.az

Read Previous

“Hər bir kəs Şəhid ailələrinə və yaralılara təmənnasız dəstək olmalıdır-BU, VƏTƏNDAŞLIQ BORCU VƏ GÖRƏVİDİR!” – KAMİL HƏMZƏOĞLU İŞ ADAMLARINI, İMKANLI ŞƏXSLƏRİ ƏLÖVSƏT AĞALAROVUN TƏŞƏBBÜSÜNƏ QOŞULMAĞA SƏSLƏDİ

Read Next

“Bu qətnamənin Azərbaycana və qardaş Türkiyəyə dost olmayan münasibətin ifadəsi kimi diqqətdən kənarda qalması da yolverilməzdir: İndi dostların və dost olmayanların tanınması zamandır”-ƏLİ ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir