Azərbaycan Ordusu daha bir rayonun-QUBADLININ, ELƏCƏ DƏ, XOCAVƏNDİN, CƏBRAYILIN VƏ ZƏNGİLANIN DAHA BİR NEÇƏ KƏNDİN İŞĞALDAN AZAD ETDİ – RƏSMİ

Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin rəsmi “Twitter” hesabındakı paylaşımında bildirilib.


Ölkə başçısı digər tvit-də də bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunmasından bəhs edib:

“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Daş Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Etikxeber.az

Read Previous

“Qoşulmama Hərəkatı üzvlərinin səyi nəticəsində BMT TŞ-də Azərbaycanın əleyhinə olan bəyanat qəbul edilməyib”-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

“Azərbaycanla Türkiyə qardaş deyil, siam əkizləridir…”-RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir