Azərbaycan Ordusu-KƏLBƏCƏRDƏ – KƏLBƏCƏR İŞĞALDAN AZAD OLUNDU – FOTO-VİDEO – YENİLƏNİB – (2)

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası  Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

01:30

***

MN Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması ilə bağlı videogörüntü yayıb.

Həmin videogörüntünü təqdim edirik:

Qeyd edək ki, Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal olunmuşdu.

08:26

***

Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni videogörüntüləri yayılıb.

Həmin videogörüntüləri təqdim edirik:

10:03

***

Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti videogörüntüləri yayılıb.

MN-dən bildirilib ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edirik.

Etikxeber.az

Read Previous

Dədə Şəmşir, ruhun şaddır, bilirəm! Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!-JALƏ ƏLİYEVANIN YAZISI

Read Next

“Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin!”-MEHRİBAN ƏLİYEVADAN KƏLBƏCƏR PAYLAŞIMI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir