“Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur”-MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİLƏRİ VƏ ERMƏNİSTANI TƏKZİB ETDİ – YENİLƏNİB

Məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Rəsmi surətdə bəyan edirik ki, Azərbaycan Ordusu mülki əhalini, mülki obyektləri və mülki xarakterli infrastrukturları hədəfə almır. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin məlumatında deyilir:


“Ermənistan ordusu özünün atəş nöqtələrini qəsdən mülki əhalinin yaşayış yerlərinin içərisində və yaxınlığında yerləşdirir. Azərbaycan Ordusu işğal altında olan ərazilərdəki mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırır”-deyə, sonra qeyd olunur.

***

“Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır”.

Bu haqda MN-dən bildirilib.

Bildirilib ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.

Etikxeber.az

Read Previous

“Qoşunlarımız sürətli əks-hücum əməliyyatlarını davam etdirir”-MÜDAFİƏ NAZİRLİYİ YENİ MƏLUMAT YAYDI

Read Next

“Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq”-İlham Əliyev-AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ, DÜŞMƏN ÜZƏRİNDƏ QƏLƏBƏ QAZANACAĞIMIZI DEDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir