“Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur”-MÜDAFİƏ NAZİRLİYİ

Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

Etikxeber.az

Read Previous

“Rusiyanın rəsmi şəxsləri tərəfindən bu cür qanunsuz və təxribatçı fəaliyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görüləcəyinə ümid edirik”-ƏLİ ƏHMƏDOV DMİTRİ MEDVEDEVƏ MƏKTUB ÜNVANLADI

Read Next

“Gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın…”-DİN-DƏN VƏTƏNDAŞLARA MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir