Azərbaycan Ordusunun Əsgəri kimi mina patlayışı nəticəsində hər iki gözünü və hər iki ayağını itirən, hər mənada köməyə, dəstəyə ehtiyacı olan-AĞCABƏDİLİ HÜSEYN SADIQOVA NECƏ MÜLKİ ƏLİLLİK VERİLİB? ONUN HAQQI GEC DƏ OLSA, BƏRPA OLUNACAQMI? – FOTOLAR

Hüseyn Əliağa oğlu Sadıqov…

Ailənin iki oğlan övladından biri…

Ağcabədili, Boyat kənd sakini…

Vətəni yolundan sağlamlığını qurban verən Vətən sevdalısı…

Həm mənəvi, həm də maddi dəstəyə ehtiyacı olan, Haqqı yeyilən Birinci qrup əlili…

Bu yerdə qeyd edim ki, Hüseyn Sadıqov 2004-cü ilin fevral ayının 21-də Ağcabədi rayonunun Boyat kəndində sadə, kasıb, çox imkansız bir ailədə dünyaya gəlib…

Ailənin iki oğlan övladından biridir…

Tək və kiçik, Əsgərliyə getməyə hazırlaşan qardaşı 2 yaş ondan balacadır…

Hüseyn 2010-2019-cu illərH. Əliyev adına Boyat kənd tam orta məktəbində oxuyub, 9 illik təhsil alıb…

Bəzi səbəblərdən təhsilini başa vura bilməyib…

2022-ci ilin aprelində həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Laçın istiqamətində yerləşən “N”saylı hərbi hissədə xidmətə başlayıb…

2023-cü ilin iyun ayının 21-də, Əsgərliyinin başa çatmasına cəmi 3 ay qalmış Kəlbəcər rayonunda, Ermənistanla sərhəd istiqamətində mina patlayışı nəticəsində ağır, ölümcül yaralanıb…

4 gün Kəlbəcərdə, 3 gün Bakıda komada qalıb…

Və 2023-cü ilin iyunundan sentyabr ayına qədər Bakıda şəhərində yerləşən hərbi hospitalda ağır müalicə-müayinələrdən keçib…

Vətən yolunda həm iki gözünü, həm də iki ayağını itirib…

Onu da qeyd edim ki, Hüseyn 6 il öncə, 2018-ci ildə xərçəng xəstəliyindən anasını itirib…

O vaxtdan anasız qalıblar, ataları onlara həm analıq, həm də atalıq edib bugünəcən…

Həmçinin, səhhəti ilə əlaqədar daha çox əmisigildə olur, əmisinin ailəsi hər mənada Hüseynə kömək və dəstək olur, ona arxa-dayaq çıxır…

Əsl, nümunə, örnək ailə…

Və çox təəssüflər və əfsuslar olsun ki, Hüseyn hərbi xidmətdə olarkən və mina partlayışı nəticəsində iki gözünü və  iki ayağını itirsə də, mülki əlillik dərəcəsi alıb…

Çox qəribə və təzadlıdır ki, Hüseynə Haqqı olan müharibə əlilliyi verilməyib…

Və necə deyərlər, göz görə-görə Haqqı tapdalanıb…

Hansı ki, Hüseynin hərtərəfli dəstəyə, köməyə ehtiyacı var…

İki aydır aldığı əlillik pensiyası da çox azdır…

Ötən müddətdə ev-mənzil, maşın növbəsinə gə götürülməyib…

Hansı ki, yaşadıqları ev də çox şəraitsizdir…

Adı heç bir medal ordenə də təqdim edilməyib…

Hüseyn isə Haqqının bərpa olunacağına, müharibə əlili kimi dəyərləndiriləcəyinə hələ də ümidini itirməyib…

Ümid edir və inanır ki, onunla bağlı haqsızlıq, ədalətsizlik aradan qaldırılcaq, tam Haqqını alacaq…

Deyirlər ki, ümid ən sonda ölür…

Allah heç kimin, o cümlədən dünya işğına həsrət qalan, iki ayağını itirən Hüseynin ümidlərini ölməyə, öldürülməyə qoymasın!

***

Eyni zamanda qeyd edim ki, 7 aprel 2024-cü il tarixində, axşam saatlarında Ağcabədi rayonunun Qaraxanlı kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva ilə birlikdə Hüseyni, əmisigilin ailəsini ziyarət etdik…

Onlarla söhbətləşdik, dərdləşdik…

Hüseynə Allahdan şəfa dilədik, ailəsinə və onun xidmətində, qulluğunda dayanan əmisinin ailəsinə minnətdarlığımızı, təşəkkürlərimizi ifadə etdik…

Və hər zaman Hüseynin yanında olacağımıza, Haqqının tanınması üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz verdik!

Allah özü köməyiniz olsun, Vətən sevdalısı Hüseyn bala!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bir sıra məhkəmələrə hakim və sədr təyin edildi-SƏRƏNCAM

Read Next

“14 il ərzində bir dəfə olsun səhər yeməyi yeməmişdi…Ancaq həmin gün, oktyabrın 4-də səhər tezdən-işə getməzdən əvvəl iştahla nahar etdi və sonra işə yollandı…”-AĞCABƏDİLİ, TAYNAQLI, AİLƏNİN TƏK OĞLU, CƏMİ 14 YAŞLI ŞƏHİD FƏRİD İSGƏNDƏROVUN ANASI RƏHİLƏ İSGƏNDƏROVA – ŞƏHİDİN AİLƏSİNƏ 11 MİN MANATLIQ SIĞORTA PULU VERİLƏCƏKMİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir