Azərbaycan Ordusunun Ermənistan mövqelərini atəşə tutması barədə məlumat yalandır-MN

İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Etikxeber.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda vurğulanır.

Etikxeber.az

Read Previous

37 müntəzəm marşrut xətti üzrə 93 avtobusun hərəkət intervalında gecikmələr var-BNA

Read Next

“Azərbaycan OPEC+ formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir…”-OPEC-İN BAŞ KATİBİ İLHAM ƏLİYEVLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir