Azərbaycan ordusunun generalı, polkovniki və DAHA 5 HƏRBÇİMİZ şəhid olub…-RƏSMİ – YENİLƏNİB

İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.  

Etikxeber.az-ın məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib:

“Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar”. 

13:20

***

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən bir neçə hərbçi şəhid olub.

Bu haqda isə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, döyüşlər nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları – mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar.

Etikxeber.az

Read Previous

“Bu həssas məqamda diqqətli olmaq, döyüş bölgəsində olan əskər və zabitlərimizə dəstək vermək, Ordumuzun uğuru üçün çalışmaq Azərbaycan vətənsevərlərinin borcudur”-“MÜSVAT”DAN AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Read Next

MÜHARİBƏ GENİŞLƏNİR…-Elxan Şahinoğlu yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir