Azərbaycan Prezidenti “Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində-İŞÇİ LANÇDA – FOTOLAR – YENİLƏNİB – (1)

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı.

Toplantı iştirakçıları birgə foto çəkdirdilər.

X X X

Paytaxt Kişineudan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.

Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələri müzakirələr zamanı bərabər səslə təmin edən nadir və misilsiz platforma olan “Avropa siyasi birliyi”nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

“Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı Moldovanın tarixində ən böyük beynəlxalq tədbirdir.

Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.

***

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş dəyirmi masa keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

***

İyunun 1-də Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində işçi lanç olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

Kələntərli Şəhidləri: Birinci Qarabağ Savaşı Şəhidi İlqar Abbasov, İkinci Vətən Müharibəsi Şəhidi Yaqub Yaqubov-BU GÜN HƏR İKİ ŞƏHİDİN – 50 YAŞI TAMAM OLAN İLQAR ABBASOVUN CƏNNƏTDƏKİ OTUZBİRİNCİ, 26 YAŞI TAMAM OLAN YAQUB YAQUBOVUN İSƏ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Read Next

Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribovanın təşəbbüsü və təşkilatçılığı ilə-BƏRDƏDƏ 1 İYUN-UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR DÜZƏNLƏNDİ, ŞƏHİD, QAZİ UŞAQLARI SEVİNDİRİLDİ, ONLARA HƏDİYYƏLƏR TƏQDİM OLUNDU…- FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir