“Azərbaycan prezidentinin günahı nədir ki…” – DEPUTAT

Millət vəkilləri Cinayət Məcəlləsində internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir edən cərimələnəcək və ya azadlıqdan məhrum edilmə ilə bağlı nəzərdə tutulan dəyişiklikləri dəstəkləyib.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM)  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  noyabrın 16-da keçirlən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsininn müzakirəsi zamanı çıxış edən millət vəkili Fəzail Ağamalı bildirib ki, bu gün Azərbaycan prezidentinin günahı nədir ki, o, əsassız yerə təhqilərə məruz qalır. “O da Azərbaycan vətəndaşıdır və dövlət başçısı olaraq dövlət atributu hesab edilir. Ona görə də hesab edirəm ki, hüquq-mühafizə orqanları bütün imkanlardan istifadə edərək vətəndaşların şəxsiyyətinin alçaldılmasının qarşısını almalıdır. Qanunun icrası zamanı hər hansı güzəştə yol vermək olmaz”– deyə, millət vəkili vurğulayıb.

F.Ağamalı onu da əlavə edib ki, bu dəyişikliyə görə, beynəlxalq təşkilatlar, Avropa Şurası Azərbaycanı yenidən hədəf seçəcək. “Ancaq beynəlxalq təşkilatların mövqeyinə əhəmiyyət verməmək lazımdır”- deyə, o, bildirib.

Millət vəkili Məlahət İbrahimqızı da Məcəlləyə dəyişikliyi dəstəkləyərək bildirib ki,  beynəlxalq təşkilatların Məcəlləyə dəyişiklilə bağlı mövqeyindən çəkinməməliyik: “Çünki hər bir xalqın öz milli dəyərləri var və o dəyərlərə sahib çıxmalıdır”.

Millət vəkili Çingiz Qənizadə öz növbəsində Məcəlləyə nəzərdə tutulan dəyişikliyi gecikmiş hesab edərək bildirib ki, belə bir dəyişiklik indiyədək olunmalı idi:

“Əksinə, bu dəyişiklik qanunvericilikdə vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı boşluqların doldurulmasına xidmət edir”.

Etikxeber.az

Read Previous

3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə ŞAD xəbər

Read Next

Prezident Dubay Ticarət Palatasının sədrini qəbul edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir