Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan-Rusiya sərhədində avtonəqliyyat vasitələrinin keçidinin təmin olunması məsələsi müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, müzakirələr noyabrın 18-də Rusiya-Azərbaycan sərhədində yerləşən “Yaraq Qazmalar” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüşü zamanı aparılıb.
Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərliyi ilə nümayəndə heyətlərinin qatıldığı toplantıda Xaçmaz Gömrük İdarəsinin “Samur” və Rusiya tərəfində yerləşən “Yaraq Qazmalar” sərhəd-keçid məntəqələrində avtonəqliyyat vasitələrinin keçidinin təmin olunması ilə bağlı vəziyyət müzakirə olunub.
Görüşdə son günlər sərhəddə avtonəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbləri, sıxlığın aradan qaldırılma üsulları və bu sahədə həyata keçirilən qarşılıqlı səylər haqda danışılıb. Bildirilib ki, sıxlığın yaranmasının səbəblərindən biri mövsümlə əlaqədar Rusiya Federasiyasına kənd təsərrüfatı məhsulları daşıyan avtomobillərin sayının artmasıdır.
Tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin ümumi işə fayda verəcəyini ifadə ediblər.
Sonda işçi görüşün protokolu imzalanıb.
Etikxeber.az