Azərbaycan toponimlərinin siyahısı və xəritəsi Rusiya tərəfinə təqdim edilib-MÜDAFİƏ NAZİRLİYİ

Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının dəfələrlə edilən müraciətlərimizə baxmayaraq hələ də uydurma erməni toponimləri ilə qeyd olunması çox böyük təəssüf doğurur.

Bu barədə Etikxeber.az-a Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik bir daha xatırladırıb ki, “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarını tərəfimizdən göndərilən rəsmi sənəd və xəritələrə uyğun qaydada düzgün toponimlərlə ifadə etməyə çağırırıq.

Bir daha xüsusi vurğulayırıq ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 03.12.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonu, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏND-dir”.

Etikxeber.az

Read Previous

Daha 21 yeni-YOLUXMA…

Read Next

Daha bir Şəhid ailəsində özəl gündür: BU GÜN KÜRDƏMİRLİ ŞƏHİD CƏMİL HƏŞİMLİNİN QARDAŞI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI MƏRAHİM HƏŞİMLİNİN TOY MƏRASİMİDİR…- FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir