Azərbaycan üzgüçüsü Roman Saley “Rio-2016”da ikinci medalını qazandı

Azərbaycan üzgüçüsü Roman Saley Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında ikinci medalını qazanıb.

Etikxeber.az xəbər verir ki, 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarının final mərhələsində atletimiz məsafəni 1:00,91 dəqiqəyə qət edərək Rio Paralimpiadasının gümüş medalına sahib olub.

Digər üzgüçümüz Dmitri Saley isə yarışı 6-cı pillədə başa vurub.

Yarışın qalibi ukraynalı Sergey Klippert, bürünc medalçısı isə ABŞ təmsilçisi Tuker Dupri olub.

Qeyd edək ki, bir gün əvvəl Roman Saley 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında gümüş medala sahib olub.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 14 dəfə pozdu

Read Next

Nazir: “Turizm sənayesində 50 mindən artıq insan çalışır ki…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir