Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Eldar İbrahimov: “Ruhunda, mahiyyətində Azərbaycan insanı, onun rifahı dayanan siyasətə və həmin siyasətin daşıyıcılarına etibar, etimad, inam bundan sonra da olacaq”
Musa Quliyev: “İnsanların istəyi odur ki, evlərində rahat yaşasınlar, hüquqları qorunsun, işi olsun və bunların hamısı varsa, xalq niyə razı olmalı deyil?”
Xəbər verildiyi kimi, Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb.
Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir.
Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis (MM) isə 65 faizinin etibarını doğruldur.
Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.
Etikxeber.az xəbər verir ki, məlum sorğu ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin dediyinə görə, neçə illərdir ki, xalq Prezident İlham Əliyevə dəstəyini bildirir və həmişə dövlət başçısının ətrafında sıx birləşib.
O, vurğulayıb ki, xalq görür ki, ölkədə sabitlik, haqq ədalət var, qanunlar işləyir, vətəndaşların rifah halı dövlət tərəfindən yaxşılaşdırılır, sosial müdafiə təmin olunur, Azərbaycan ordusu güclənir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır:
“İnsanların istəyi də odur ki, evlərində rahat yaşasınlar, hüquqları qorunsun, işi olsun. Bunların hamısı varsa, xalq niyə razı olmalı deyil?”
MM-in komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və məşhur “91-lər”-dən olan olan professor Eldar İbrahimov da adıçəkilən sorğunu müsbət və ədalətli qiymətləndirib.
Onun sözlərinə görə, sorğudakı nəticəni tam qətiyyət və məsuliyyətlə bir qədər də artırmaq olar.
“Əslində ölkə əhalisinin ən azı 90-95 faizi Azərbaycan dövlətinə, Azərbaycan hökumətinə, ən əsası ölkə Prezidenti cənab İlham Əliyevə, onun yeritdiyi daxili və xarici siyasət kursuna, müstəqil dövlət və dövlətçilik siyasətinə etibar edir, etimad göstərir. Bunu ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri də açıq şəkildə ortaya qoyur. Bütün seçkilərdən hakimiyyətin, hakim partiyanın-YAP-ın, ölkə Prezidentinin qalibiyyətlə, zəfərlə çıxması bunu əyani və danılmaz şəkildə sübut edir. Əgər Azərbaycan xalqının etibarı və etimadı, güclü inam olmsaydı, seçkilərdən bu cür qalibiyyətlə çıxmaq olardı?! Azərbaycan xalqı artıq 80-ci illərin sonları, 90-cı illərin əvvəllərinin xalqı deyil. Azərbaycan xalqı, Azərbaycan insanı, Azərbaycan seçicisi artıq kifayət qədər yetkinləşib. müdrikləşib, ağı-qaradan, yaxşını-pisdən seçməyi yaxşı bilir. Yəni, 1993-cü ilin məlum hadisələrindən sonra Azərbaycan xalqı birmənalı olaraq Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı olan cənab İlham Əliyevə və onun komandasına etmidad göstərib, etibar edib, taleyini onunla bağlayıb və bu etimad, bu etimad hələ uzun illər də davam edəcək. Kimsənin də buna şübhəsi olmasın. Çünki Heydər Əliyev və İlham Əliyev siyasətinin, idarəçiliyinin ruhunda Azərbaycan insanı, Azərbaycan vətəndaşı, onun rifahı, təhlükəsizliyi dayanıb. Həm mərhum Heydər Əliyev, həm də İlham Əliyev hər zaman Azərbaycan, Azərbaycan insanı naminə fəaliyyət göstəriblər. Ona görə ruhunda, mahiyyətində Azərbaycan insanı, onun rifahı dayanan siyasətə və həmin siyasətin daşıyıcılarına etibar, etimad, inam bundan sonra da olacaq. Bunu tam əminliklə və inam hissi ilə deyirəm”–deyə, YAP rəsmisi sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az