Azərbaycan xalqı öz ölkəsi və rəhbərliyi ilə fəxr edir- CUMABEKOV

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqının deyil, bütövlükdə regionun həyatında əhəmiyyətli hadisədir. Yüz il bundan əvvəl Azərbaycan xalqı parlamentini yaratmaqla demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib. Yüz il bundan əvvəl Azərbaycanda yaradılan parlament müasir parlamentarizm modeli əsasında fəaliyyət göstərirdi.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Qırğız Respublikası parlamentinin sədri Dastanbek Cumabekov bildirib.

Onun dediyinə görə, təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi.

dastanbek-mm

BU GUNNN-1

D. Cumabekov qeyd edib ki, indi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ölkə daxilində və xaricdə müxtəlif tədbirlərin keçirilməsi xalqın öz tarixinə verdiyi dəyərin göstəricisidir:

“Bu gün Azərbaycan xalqı öz ölkəsi və rəhbərliyi ilə fəxr edir, siyasi və iqtisadi müstəqilliyini yüksək dəyərləndirir. Azərbaycanın turizm cəhətdən cəlbedici olması, səhiyyə və təhsil sahələrində inkişaf etməsi və beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi ölkənin inkişafının göstəriciləridir”.

MM-in parlamentlərarası əməkdaşlığa önəm verdiyini deyən sədr vurğulayıb ki, bu orqan bir çox parlament təşkilatları ilə uğurlu əməkdaşlıq edir.

Qırğızıstan ilə Azərbaycanı ümumi köklərin, dini və mədəni eyniliklərin birləşdirdiyini deyən D. Cumabekov qeyd edib ki, tarixən xalqlarımız arasında dostluq əlaqələri mövcud olub və bu münasibətlər bu gün də var.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Deputat oğlunun da zərər çəkdiyi 1 milyonluq dələduzluq işində qalmaqal…

Read Next

Əliyevlə Yıldırım bir arada – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir