Azərbaycanda ərzaq təhlükəsizliyi problemi varmı? – RƏYLƏR

Deputatlar ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsindən bəhs etdilər

Ölkədə kənd təsərrüfatının, aqrar sektorun inkişafı iki məsələni daha çox özündə ehtiva edir: birincisi, ərzaq təhlükəsizliyi məsələsi, ikincisi isə yeni emal müəssislərin açılması, yeni texnologiyanın tətbiqi.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov adıçəkilən komitənin yanvarın 26-da keçirilən iclasında deyib.
eldar-bdu
O, deyib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi olduqca vacib və aktual bir məsələdir:
“Bildiyiniz kimi, artıq neçə illərdir dünyada maliyyə-iqtisadi böhran yaşanır və bunu sonu da hələ ki görünmür. Heç şübhəsiz ki, bu böhrandan çıxmağın ən əsas yollarlından biri vaxtında ərzaq təhlükəsizliyi məsələsinə ciddi diqqət yetirmək, ərzaq təhlükəsizliyini təmin etməkdir.Çox şükürlər olsun ki, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu böhrandan yan keçə, zərərsiz ötüşə bildi. Bu gün Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində, ümumiyyətlə, insanların ərzaq məhsullarına olan tələbatında hansısa bir problem yoxdur. Amma bu, o, demək deyil ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi bizim maraqımızda, nəzərimizdə olmamalıdır.
corak-ilya
corek_esas_5
Bu məsələ bizim də marağımızda, diqqətimizdədir.Odur ki, ölkədə kənd təsərrüfatının inkişafına önəm verilməsində ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi daha öndə gəlir. Bununla bağlı ayrıca dövlət proqramı da mövcuddur. Hətta, bir zamanlar ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ayrıca qanun layihəsinin hazırlanıb, qəbul olunması da müzakirə mövzusu idi. Mən özüm də bir neçə dəfə bununla bağlı danışmış, fikrimi bildirmişdim və bu baxımdan, əgər lazım gələrsə, gələcəkdə bu yöndə də ayrıca qanun layihəsi hazırlanıb, müzakirələrə təqdim olun bilər”.
eldeniz-eldeniz
Adıçəkilən komitənin üzvü Eldəniz Səlimov da saytımıza açıqlamasında  E. İbrahimovun fikirlərini dəstəklədiyini bildirərək, qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi bir an belə diqqətdən kənarda olmamalıdır.
“Bu gün hamımız şahidiyik ki, dünyada, ətrafımızda nələr yaşanır. Müharibələr, qanlı qarşıdurmalar, terrorizm, qaçqınlar ordusu dünyanı başına götürüb, hər gün bu sıraya az qala “yeniləri” əlavə olunur. Eyni zamanda, dünyanın az qala yarısından çoxunda aclıq, yoxsulluq, səfalət baş alıb gedir. Bunlar isə hər kəsi ciddi düşünməyə vadar edir və etməlidir. Yəni, burada da ərzaq təhlükəsizliyinin təmin edilməsi bir nömrəli məsələ kimi qarşıya çıxır. Əlbəttə, çox sevindirici və qürürlandırıcı haldır ki, ölkədə aparılan məqsədyönlü siyasi-iqtisadi kurs nəticəsində Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini problemi yoxdur. Amma bununla belə, bu məsələ hər an diqqət mərkəzində saxlanılmalı bir məsələdir. Bir anlıq da olsa belə, bu məsələ diqqətdən kənarda qalmamalıdır” – deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib  .
Etikxeber.az

Read Previous

“Sənədi hazırlayıb, başa çatdıra bilmədilər, ona görə də…” – ELDAR İBRAHİMOV – YENİLƏNİB – (1)

Read Next

“Qaydalar daha da sərtləşdirilməlidir” – DEPUTAT AŞPA-DA BELƏ DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir