Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Oturuşmuş, inkişaf etmiş dövlətlərdə necə seçki mühiti olmalıdırsa, hazırda Azərbaycanda da elə bir seçki mühiti var. Yəni, bu mühit Azərbaycanda seçkilərin azad, ədalətli, demokratik və şəffaf şəkildə, şəraitdə keçirilməsi üçün tam zəmin yaradır”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) komitə sədri, professor Eldar İbrahimov deyib.
“Ölkədə sabitlik hökm sürür. Azərbaycan demokratik inkişaf yolunu seçən ölkədir. Ölkəmiz bölgənin sabitlik və təhlükəsizlik adasıdır”-deyən millət vəkilinin sözlərinə görə, eyni zamanda, Azərbaycandakı mövcud qanunvericilik demokratik prinsiplərə əsaslanır.
O, bildirib ki, Azərbaycanın Seçki Məcəlləsi təkmilləşdirilib və təkmilləşdirilməkdədir, bu, davamlı bir prosesdir:
“Çox əlamətdar haldır ki, ölkəmizdə seçki proseslərində daim yeni, müasir texnologiyalar tətbiq olunur. Seçki məntəqələrinə veb-kameraların quraşdırılması şəffaf seçkilərin keçirilməsi istiqamətində atılan mühüm addımdır. Prezidentliyə namizədliyini irəli sürən hər bir namizəd üçün bərabər şərait yaradılıb. Beynəlxalq və yerli müşahidəçilərin, KİV nümayəndələrinin seçki prosesini izləməsi üçün bütün imkanlar təmin olunur. Bir sözlə, Azərbaycanda əsl seçki mühiti və şəraiti var”.
Etikxeber.az