Azərbaycanda 5 adda dərman vasitəsinin istifadəsinə qadağa qoyulub

Ölkədə dərmanlarla bağlı yeni qanun layihəsi və qaydalar hazırlanır.

Bu il  dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən 28000-ə yaxın dərman vasitəsinin analizi aparılıb.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman Vasitələrinin Yoxlanması Laboratoriyasının müdiri Polad Hacıbalayev bildirib ki, onlardan 15000-dən çox dərman vasitəsi müsbət qiymətləndirilib. Onun sözlərinə görə, 5 adda dərman vasitəsinin keyfiyyət göstəriciləri dövlət qeydiyyatı zamanı təsdiqlənmiş normativ sənədlərə uyğun olmadığına görə istifadəsinə icazə verilməyib.

Onun sözlərinə görə, laboratoriya tərəfindən 1000-dən çox normativ sənəd hazırlanıb və təsdiq olunub: “Həmçinin laboratoriyada saf su alınma sistemi quraşdırılıb. Tərəfimizdən tərtib edilən “Dezinfeksiya fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə dair sanitariya-epidemioloji tələblər”, “Kosmetoloji müəssisələrin (kabinetlərin) yerləşdirilməsinə, quruluşuna, təchizatına və istismarına dair sanitariya normaları və qaydaları” normativ-hüquqi aktlarının layihələrinin, “Stomatoloji tibb müəssisələrinə (kabinetlərinə) dair sanitariya-gigiyena tələbləri”nə əlavə və təkliflərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi zamanı istinad edilən müvafiq qanunlarda mövcud olan kolliziyanın aradan qaldırılması məqsədilə yeni qanun layihəsi hazırlanmaqdadır. Həmçinin, “Dərman vasitələri haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər barədə təklif və layihələr də aidiyyəti üzrə razılaşdırılaraq müvafiq qurumlara təqdim olunub. Yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının layihəsi hazırlanıb və eynilə razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Hazırda Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələrinin Azərbaycana idxalına rəy verilməsi qaydaları hazırlanmaqdadır”.

Etikxeber.az

Read Previous

Tramp səfirin qətlini kəskin pislədi

Read Next

“2016-cı il əslində bir qədər gərgin başlasa da…” – XALQ ARTİSTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir