“Azərbaycanda dini durumda vəziyyət sabitdir” – MÜBARİZ QURBANLI

Mübariz Qurbanlı: Ermənistan tərəfindən təcavüzə məruz qalmışıq, bu təcavüz nəticəsində ərazimiz işğal olunub və bizə təcavüz edən ölkə bütün sahələrdə Azərbaycan əleyhinə qərəzli və çirkin təbliğat həyata keçirməkdədir…

İstənilən ölkədə ictimai-siyasi sabitlik ölkə rəhbərliyi tərəfindən aparılan siyasətə və əldə edilən iqtisadi uğurlara bağlıdır. Əgər iqtisadi inkişaf varsa, xalqın maddi vəziyyəti yaxşılaşırsa, eyni zamanda, ölkə rəhbərinin apardığı siyasət xalqın maraqlarını ifadə edirsə, demək həmin ölkədə ictimai-siyasi sabitlik davamlı, dayanıqlı olacaq. Azərbaycanda Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən çox böyük uzaqgörənliklə, nailiyyətlərlə davam etdirilməkdədir. Biz ötən bir ili də əgər göz önünə gətirsək, görərik ki, bu müddət ərzində Azərbaycanda iqtisadi, beynəlxalq, eləcə də xalqın sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində çox böyük addımlar atılıb. Cənab Prezidentin sərəncamları ilə təqaüdlərin, əməkhaqlarının artırılması, digər sosial xarakterli proqramların həyata keçirilməsi ölkədə həm iqtisadi vəziyyəti, həm mənəvi durumu, həm də xalq-hakimiyyət münasibətlərini daha yüksək səviyyəyə qaldırıb. Azərbaycanda xalqla hakimiyyət vəhdəti var və biz bu vəhdəti əyani şəkildə görə bilirik. Hansısa bir sahədə müşahidələr aparsaq, eləcə də analitik təhlil etmək istəsək mütləq şəkildə onun zəncirvari formada digər sahələrlə bağlı olduğunu görə bilərik. Ölkədəki dini durum da bütövlükdə mövcud ictimai-siyasi, sosial-iqtisadi sabitliklə, maliyyə sabitliyi ilə sıx surətdə bağlıdır”.

Bu fikirləri Etikxeber.az-a və “525”-ə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durumla bağlı hazırkı vəziyyəti şərh edərkən söyləyib.

mub-kamilllllllllllll-3

Komitə sədri bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, dini durumla bağlı vəziyyət də sabitdir.

M.Qurbanlının sözlərinə görə, bu dövlətin müəyyən etdiyi dövlət-din modelinin uğurla həyata keçirilməsi, ölkə prezidentinin müəyyən etdiyi siyasi xəttin Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, digər müvafiq dövlət, hökumət qurumları tərəfindən ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsidir.

“Azərbaycan Qafqazın lider dövlətidir. Lakin ölkəmiz dünyada baş verən hadisələrdən heç də kənarda qala bilmir. Yəni, həm ictimai-siyasi sabitlik, həm də insanların hüquq və azadlıqlarının təmin edilməsi baxımından öndə gedən bir ölkə olaraq bizimlə həmsərhəd olan, o cümlədən bir hissəsi olduğumuz İslam coğrafiyasında baş verən istənilən hadisə biləvasitə bizə də öz təsirini göstərir. Eyni zamanda, Ermənistan tərəfindən təcavüzə məruz qalmışıq, bu təcavüz nəticəsində ərazimiz işğal olunub və bizə təcavüz edən ölkə bütün sahələrdə Azərbaycan əleyhinə qərəzli və çirkin təbliğat həyata keçirməkdədir.

Bütün bunlar da Azərbaycana qarşı yönələn təhdidlərdir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yenə də təhlükəsiz, o cümlədən din sahəsində həyata keçirilən siyasətin nəticələri baxımından sabit ölkədir və bizim üçün bu təhdidlər ümummilli və ümumdövlət maraqlarımız baxımından böyük təhlükə törədən təhdidlər deyil. Yəni, vaxtında hüquq-mühafizə orqanları, ideoloji qurumların xətti ilə, eləcə də dövlətin apardığı siyasət nəticəsində bu təhdidləri minimuma endirmişik və hesab edirəm ki, bunlar Azərbaycan üçün hər hansı bir təhlükə törətmək səviyyəsində deyil.

Əminliklə deyə bilərik ki, bütövlükdə Azərbaycanda ictimai-siyasi sabitliyi, o cümlədən dini durumu pozmaq, yaxud dindən sui-istifadə edərək ölkədə qarşıdurma yaratmaq cəhdləri baxımından heç bir təhlükə yoxdur”-deyə, M. Qurbanlı sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Qarabağ savaşını bitirməmişik və belə festivallara çox böyük ehtiyacımız var” – NURİYYƏ HÜSEYNOVA MİLLİ YAYLAQ FESTİVALINDAN BÖYÜK TƏƏSSÜRATLARLA QAYIDIB – FOTOLAR

Read Next

Əbülfəs Qarayev, Hacı Murad Yagizarov, Sami Yusuf… – SƏRƏNCAMLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir