Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürür – PREZİDENT – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Fransa Respublikasının sabiq Baş naziri, “Villepin International” şirkətinin prezidenti Dominik de Vilpeni qəbul edib.

Etikxeber.az  xəbər verir ki, Dominik de Vilpen Prezident İlham Əliyev ilə son görüşünü xatırlayaraq qeyd etdi ki, bu görüşdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanda bütün sahələrdə inkişaf daha da sürətlənib və ölkədə baş verən dəyişikliklər, sabitlik göz qabağındadır. O, eyni zamanda, Bakıda keçiriləcək Formula-1 yarışlarının çox böyük maraq doğurduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü və ölkənin inkişafı ilə bağlı genişmiqyaslı işlərin həyata keçirildiyini dedi.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti ilə Fransa Respublikasının sabiq Baş naziri Dominik de Vilpen arasında bundan əvvəl keçirilən görüşlər zamanı səmərəli və məhsuldar müzakirələrin aparıldığı məmnunluqla qeyd edildi, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və əməkdaşlığımızın bundan sonra da möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.

Etikxeber.az

Read Previous

Məhkəmə Baxçalı müxaliflərinin əleyhinə qərar verdi, Akşənər “Ədalətin ruhuna Əl-Fatihə!” dedi – YENİLƏNİB

Read Next

Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir