“Azərbaycanda peşəkar parlament fəaliyyət göstərir” – OQTAY ƏSƏDOV

Bu gün Azərbaycanda peşəkar parlament fəaliyyət göstərir.

Etikxeber.az xəbər verir ki, bu fikir spiker Oqtay Əsədova məxsusdur.

Onun sözlərinə görə, ölkəmizdə ictimai fikrə təsir göstərməyə qadir olan siyasi qüvvələrin bütün spektri parlamentdə təmsil olunub.

O, qeyd edib ki, parlamentin intellektual səviyyəsi qanunyaratma və qanunvericilik sahəsində qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni yerinə yetirməyə imkan verir.

“Milli Məclis Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işlərinin ən fəal iştirakçılarından biridir. Parlamentin fəaliyyəti ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin ardıcıl inkişafında əhəmiyyətli rol oynayır.

Ötən dövrdə Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etmiş və zənginləşmişdir. Qəbul edilmiş qanunvericilik aktları ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın genişlənməsinə, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə, əhalinin sosial müdafiəsinə xidmət edən hüquqi bazanı daha da inkişaf etdirib.

Parlament milli qanunvericiliyi Avropa hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır.

Milli Məclis Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini fəal surətdə dəstəkləyir. Ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların, demokratikləşdirmə prosesinin hüquqi mexanizmi daha da təkmilləşdirilir.

Parlament ölkəmizdə və beynəlxalq aləmdə baş verən mühüm siyasi hadisələrə münasibətini bildirir, Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, uydurma erməni təbliğatının ifşa edilməsi üçün zəruri tədbirlər görür”-deyə, spiker qeyd edib.

O. Əsədovun dediyinə görə, Milli Məclisin beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir.

meclis-oqtay-1

oqtay-1

“Qanunvericilik orqanında bir çox xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Milli Məclis ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların parlament məclislərinin, o cümlədən ATƏT-in Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, MDB Parlamentlərarası Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin və digər nüfuzlu təşkilatların üzvüdür. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların toplantılarında mütəmadi iştirak edir, bölgə həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün bu vasitədən də səmərəli istifadə edirlər.

Ölkə Prezidenti İlham Əliyevin Milli Məclisə çox böyük diqqəti və qayğısı sayəsində parlamentin yeni korpusu inşa edilib, plenar və kiçik iclas salonları, birinci və ikinci mərtəbələrindəki geniş foyelər dünya standartlarına uyğun olaraq yenidən qurulub, Ulu Öndər Heydər Əliyevin heykəli ucaldılıb və ona həsr edilən Xatirə zalı yaradılıb, binanın önündə fəvvarələr kompleksi inşa edilib…”-spiker daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Aydın Mirzəzadə Yalçın Rzazadəyə zəng etdi…

Read Next

“Azərbaycan əmin-amanlığın, yüksəlişin məkanı kimi tanınır” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir