Azərbaycanda Ramazan bayramı-QEYD OLUNUR

Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.

Etikxeber.az xəbər verir ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 22-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.

Hər il olduğu kimi, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq.

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

Xatırladaq ki, bayramla əlaqədar 4 gün – aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.

Etikxeber.az

Read Previous

Azyaşlı uşağı nalayiq söyüşlər söyməyə təhrik edən şəxs-HƏBS OLUNDU

Read Next

“Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın…”-MEHRİBAN ƏLİYEVADAN RAMAZAN PAYLAŞIMI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir