Azərbaycanda xüsusi karantin rejimi-AVQUSTUN 1-DƏK UZADILDI, BİR SIRA BÖLGƏLƏRDƏ İSƏ KARANTİN REJİMİ DAHA DA SƏRTLƏŞDİRİLƏCƏK – YENİLƏNİB – (3)

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

Etikxeber.az verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

“Ölkəmizdə epidemioloji vəziyyət təhlil edilib və karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib” – deyə, o, əlavə edib.

18:37

***

Sonra “Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq“-deyən L. Abdullayeva qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq olunacaq ciddi karantin rejimi ilə bağlı iyunun 19-da qərar verəcək.

Ciddi karantin rejimi 21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək dövrü əhatə edəcək:

“Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq”.

18:43

***

O, həmçinin, deyib ki, Bakı metrosu xüsusi karantin rejimi müddətində fəaliyyətini davam etdirəcək.

Onun sözlərinə görə, bulvar və parklara giriş də məhdudlaşdırılmayacaq.

***

L. Abdullayeva eyni zamanda deyib ki, iki həftəlik sərt karantin rejimində 190 manat birdəfəlik ödənişlə bağlı məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aydınlıq gətirəcək.

***

“İş rejimi ilə bağlı özəl və dövlət sektorunda çalışanlar şəxsi avtomobillərdən istifadə edə biləcəklər”.

Bunu da L. Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, bu məsələ Operativ Qərargahda müzakirə olunub və sabah geniş məlumat veriləcək.

XİN rəsmisi onu da əlavə edib ki, xüsusi karantin rejimi günlərində metro ilə yanaşı, digər ictimai nəqliyyat növləri də fəaliyyət göstərəcək. 

Onun dediyinə görə, həmçinin, evdən çıxma SMS xəbərdarlıq və xüsusi icazə əsasında olacaq.

L. Abdullayeva məhdudiyyət tətbiq ediləcək sahələri açıqlayıb:

“Məhdudiyyətlərə dövlət və özəl təşkilatlarla işləyənlərlə bağlı məhdudiyyətlər, yəni müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin dayandırılması, bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlərin dayandırılması, muzey və sərgi salonlarının fəaliyyətinin dayandırılması, malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları daxildir.

Məlum olduğu kimi, 1 iyundan onsuz da qüvvədə olan bəzi məhdudiyyətlər var idi ki, həmin məhdudiyyətlər də bu zaman çərçivəsində saxlanılır. Yəni rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, idman, sağlamlıq, bərpa üzrə xidmətlər (burada tibbi xidmətlər istisna təşkil edir), mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti, hotellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətlərin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri, tədbirlərin təşkili, təhsil müəssisələrində fəaliyyətin dayandırılması, eləcə də 10 nəfərdən artıq qrupda cəmləşmə məhdudiyyətləri qüvvədə qalır”.

Etikxeber.az

Read Previous

Daha 338 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Read Next

“Onun yürütdüyü siyasət fiaskoya məhkumdur…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir