Azərbaycanda yenə- ZƏLZƏLƏ BAŞ VERDİ…- YENİLƏNİB – (1)

Fevralın 23-də Qobustan stansiyasından 35 km cənub-qərbdə Şamaxı rayonunda maqnitudası 3.3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Etikxeber.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:43-də qeydə alınıb.

Ocağı 1,3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

***

Həmçinin, Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhəddində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:52-də qeydə alınıb.

Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.

***

Bu gün yerli vaxtla saat 20:00-da Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhəddində 5,9 bal gücündə zəlzələ qeydə alınııb. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən İlkin məlumatra əsasən, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub. 

Etikxeber.az

Read Previous

MSK-nın iclası: MÜSAVATÇI NAMİZƏDLƏRİN ŞİKAYƏTİ TƏMİN OLUNMADI, PƏNAHOV CƏFƏRLİDƏN ÜZR İSTƏDİ, XASAYEVA VƏ AĞAMALININ “DAİRƏSİ”NDƏ 11 MƏNTƏQƏNİN NƏTİCƏSİ LƏĞV OLUNDU – YENİLƏNİB – (9)

Read Next

“Bu gedişat İrəvanı və dünyadakı erməni lobbisini ciddi narahat edir…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir