“Azərbaycandakıı siyasi məhbus işləri haqqında”-MƏRUZƏ ETİRAZLAR DOĞURDU

AVROPA ŞURASINDA İKİLİ STANDARLATRIN TƏTBİQİNƏ BARİZ NÜMUNƏ OLAN MƏRUZƏ TƏNQİDLƏRƏ MƏRUZ QOYULDU

Rafael HÜSEYNOV: “Artıq 20 ildir ki, Avropa Şurasında siyasi məhbuslar problemi qaldırılır və deməli, bu məsələyə çox ciddi yanaşılır. Bəs niyə indiyədək “siyasi məhbus” anlayışının qənaətbəxş elmi izahı verilməyib?”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının dördüncü iş günündə, yanvarın 30-da  müzakirəyə çıxarılan “Azərbaycandakıı siyasi məhbus işləri haqqında”  geniş fikir mübadilələri yaratdı və bir sıra məqamaları ilə ciddi etiraz doğurdu.

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə hetyətinin üzvü Rafael Hüseynov bütövlükdə bu məruzənin mahiyyəti ilə qeyri-obyektiv olduğunu bildirərərək əvvəlcə problemin arxada qalan 20 il ərzində Avropa Şurasındakı hərəkət dinamikasından bəhs etdi:

“Növbəti dəfə Parlament Assambleyasında Azərbaycanla birbaşa bağlı olan məruzə müzakirə edilir və bu istər-istəməz Avropa Şurası və Azərbaycan münasibətlərinin müxtəlif aspektləri barədə bir daha düşünməyə sövq edir. Ortada 2 mövqe var: bir qrup iddia edir ki, bu məruzə sırf xeyirxah niyyətlərdən doğur və Azərbaycana kömək məqsədi daşıyır, digərləri isə bu fikirdədir ki, belə məruzələrin gündəliyə salınması sifarişlədir, Azərbaycana qarşı siyasi təzyiq vasitəsidir, diqqəti Ermənistanın Azərbaycana qarşı təcavüzündən yayındırmaq üçün düşünülmüş fənddir. Fərqli yanaşmalar “niyə” ilə başlanan bir silsilə suallar doğurur və onlara cavab tapmaq o qədər də asan deyil. Həm də təfərrüatlara keçməzdən əvvəl, məruzənin ayrı-ayrı müddəaları ətrafında fikir mübadilələri aparmaqdan öncə prinsipial səciyyəli məqamları aydınlaşdırmaq vacibdir.

Artıq 20 ildir ki, Avropa Şurasında siyasi məhbuslar problemi qaldırılır və deməli, bu məsələyə çox ciddi yanaşılır. Bəs niyə indiyədək “siyasi məhbus” anlayışının qənaətbəxş elmi izahı verilməyib? İxtiyari qaydada müəyyən edilmiş mübahisəli meyarların daim etiraz doğuracağını irəlicədən bilə-bilə niyə bu suala birdəfəlik məqbul cavab tapmaq istiqamətində iş görülmür? Vaxtilə Assambleyada belə suallar qəti şəkildə qalxmış və  “siyasi məhbus” anlayışının bir hüquqi termin kimi elmi cəhətdən qəbuledizməliyi bildirilmişdi. O zaman vəziyyətdən çıxış yolu olaraq Treksel, Alkema və Arabaçiyev üçlüyünün hazırladığı və “siyasi məhbus” anlayışının tərifini verən 5 şərti meyar irəli sürülmüşdü”.

Bu ixtiyari qəbul edilmiş meyarlar toplusunun tənqidə döznədiyini vurğulayan Rafael Hüseynov onların mötəbər hüquqi ekspertiazadan keçirilmədiyinə də diqqət yönəltfi:

“O vaxt bu şərti meyarların Avropa Şurasının praktikasında tətbiq ediləcəyi nəzərdə tutulsa da, həmin sənəd rəy üçün hansısa digər bir mötəbər hüquqi ekspertiziya, yaxud Venesiya komissiyasına göndərildimi? Xeyr, göndərilmədi. Çünki yayğın siyasətlə konkret hüquq elmini zorən birləşdirmək cəhdi olan süni “siyasi məhbus” termininə və həmin terminoloji kentavra müəyyənləşdirilən qondarma meyarlara heç bir mötəbər hüquqi qurum birmənalı müsbət rəy verə bilməzdi. Lakin qəribədir ki, həmin meyarları əsas götürərək istənilən ölkədə “siyasi məhbuslar” olduğunu təsdiqləmək mümkün olsa da, nədənsə bu anlayış yalnız Azərbaycana tətbiq edildi.

Hətta 2002-ci il mayın 21-də Assambleyda bir sıra deputatların imzaladığı 9465 saylı “Avropada siyasi məhbuslar” adlı təklif layihəsi hazırlansa  və belçikalı deputat Corc Klerfayt müəyyən edilmiş meyarlar əsasında problemi bütün Avropa üzrə araşdırmağa cəhd etsə də, bunun qarşısı alındı, mövzunun səmti inadla yalnız Azəırbaycana sarı yönəldildi. Mən 2009-cu ilin 5 mayında “Avropada siyasi məhbus problemi və Ermənistanda siyasi məhbus məsələsinin araşdırılması zəruriyyətiadlı 11898 saylı qətnamə üçün təklif hazırladım, lakin 20-yə yaxın deputation imzaladığı bu çağırışa da Assambleya rəhbərliyi tərəfindən ənənəvi biganəlik göstərildi. Belə olan halda növbəti sual ortaya çıxır: Biz ümumiyyətlə bu problemlə məşğuluq, yoxsa niyyətimiz mövzunu yalnız Azərbaycan müstəvisində araşdırmaqdır?”

Çıxışının sonunda Rafael Hüseynov Avropa Şurasında belə bir qeyri-obyektiv məruzənin təqdimindən narazılığını bildirərək onun ümumiyyətlə müzakirəyə layiq olmadığını vurğuladı:

“Son 20 illik Avropa Şurası təcrübəsində görünən həqiqət budur ki, bir sıra digər üzv ölkələrdə də qəbul edilmiş meyar əsasında “siyasi məhbus” probleminin araşdırılması mümkün olsa da, indiyədək hədəf olaraq yalnız Azərbaycan seçilib. Məqsəd nədir? Məgər biz bu problemin yalnız Azərbaycanda həllini istəyirik? Problemin başqa üzv ölkələrdə mövcudluğu bizi narahat etmirmi? Bütün bunlarsa Avropa Şurasının fəaliyyətlərində başlıca qüsur sayılan digər sualı bir daha bütün kəskinliyi ilə yenə gündəmə gətirir: Azərbaycana bu cür münasibət ikili standartların əyani təzahürü deyilmi? Və son sual: bugünkü məruzınin və mövzunun qoyuluşunda elə başlanğıcdan ədalətsizlik, qeyri-obyektivlik, ayrı seşkilik varsa, onu ciddi qəbul edərək mahiyyəti ilə bağlı nəsə söyləməyə ehtiyac qalırmı?!”

Etikxeber.az

Read Previous

Amerikalılar Trampa görə-İRAN XALQINDAN ÜZR İSTƏDİLƏR – FOTO

Read Next

Prezidentdən ATƏT-ə demokratik seçkilər-MESAJI – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir