Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı-DƏSTƏKLƏDİ

Türkiyədə prezident seçkilərinin ikinci turunda Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 53,59 faizi ( 2644 səs) “Cumhur İttifaqı”nın namizədi, AKP sədri Rəcəb Tayyib Ərdoğanı, 46,41faizi, (2290 səs) “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib.

Azərbaycanda olan səsvermədə cəmi 4983 Türkiyə vətəndaşı səs verib.

Onlardan 4934 səs etibarlı sayılıb, 49 səs etibarsız hesab edilib.

Seçici aktivliyi isə 57,75 faiz olub.

Etikxeber.az

Read Previous

“Türk milləti bu seçkidə təkcə dünyanın beşdən böyük olduğunu yox, 6-cının o beşi bir çox baxımdan kölgədə qoyduğunu göstərdi”-SAHİB ALIYEV

Read Next

Azərbaycan Ordusunun mövqeləri-ATƏŞƏ TUTULDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir