Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şair Ramiz Rövşənin anadan olmağının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Etikxeber.az xəbər verir ki, tədbirdə çıxış edən Yusif Şeyxov, Aydın Dadaşov, Mais Ağabəyov, Ayaz Salayev, Elxan Qasımov, Elçin Musaoğlu, Elxan Cəfərov, Elşad Ərşadoğlu və digərləri Ramiz Rövşənin ədəbi və kino fəaliyyəti haqqında danışıb, onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs ediblər.
Qeyd olunub ki, Ramiz Rövşən Azərbaycan kinosunun çox məhsuldar dövrü olan 70-ci illərin əvvəllərində “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb, “Mozalan” satirik kinojurnalının redaktoru, kinostudiyanın ssenari-redaksiya kollegiyasının üzvü, baş redaktoru vəzifələrində çalışıb.
Həmin dövrdə yazdığı ssenarilərin əsasında çəkilmiş “Babamızın babasının babası”, “Süd dişinin ağrısı”, “ Şəhərli biçinçilər, “İşarəni dənizdən gözləyin”, “Özgə vaxt”, “Məkanın melodiyası” kimi bədii filmlər, “Mozalan” satirik kinojurnalı üçün yazılmış “Şəbih”, “Söyüdlünün su dərdi”, “Özbaşınalıq”, “Haram tikə” və s. qısametrajlı sənədli və bədii filmlər sadəliyi, insanları düşündürməsi ilə fərqlənir.
Çıxışı edənlər bildiriblər ki, R. Rövşən kinomuzun müxtəlif sahələrində çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan sənətkar kimi bir çox filmin redaktoru, sinxron mətnlərin müəllifidir.
Etikxeber.az