“Azərbaycanın adı bu siyahıda yoxdur: biz həm siyasi, həm də iqtisadi cəhətdən müstəqil dövlətik”-MİLLƏT VƏKİLİ

15 İyun Milli Qurtuluş Günü müasir Azərbaycanımızın istinad anıdır. Milli təhlükəsizliyimiz, ictimai-siyasi sabitliyimiz, iqtisadi tərəqqi və sosial rifahımızın əsasının qoyulduğu gündür. Müdrik xalqın gələcəyimizi növbəti dəfə uzaqgörən liderinə – Ümummilli lider Heydər Əliyevə etibar etdiyi tarixdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkil Elnur Allahverdiyev deyib.

“Bu gün Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzüsunda elmi videokonfrans keçirildi. Konfransda “Müasir Azərbaycanın iqtisadi inkişafı Milli Qurtuluşdan başlayır” mövzüsunda çıxış etdim. Koronavirus pandemiyasının törətdiyi iqtisadi fəsadların aradan qaldırılması üçün dünyanın 150-dək dövləti beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Biz həm siyasi, həm də iqtisadi cəhətdən müstəqil dövlətik. Müstəqilliyimizi qoruyaq. Yaşasın Azərbcaycan! Milli Qurtuluşumuz mübarək!”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir…” – İlham Əliyev “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Read Next

“Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb…”-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir